Azərbaycanlıların ən çox deportasiya olunduğu il – 2013


"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi ayri-ayrı ölkələrdən deportasiya olunan soydaşlarımızla bağlı məlumat yayıb.

Son illərin müqayisəsi göstərir ki, 2013-cü il Azərbaycan Respublikası vətəndaşlarının ayrı-ayrı ölkələrdən ən çox deportasiya olunduğu il olub.

AMM-nin Rusiya Federal Miqrasiya Xidmətinin məlumatları əsasında apardığı ümumiləşdirmələrə görə, bu ölkədən deportasiya olunan 63 000 miqrantın təxminən 7 000 nəfərini, Rusiya Federasiyasının ərazisinə qayıdışına qadağa qoyulan 500 000 əcnəbinin isə təxminən 20 000 nəfərini Azərbaycan vətəndaşları təşkil edir.

Bu siyahıya Ukrayna, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi ölkələrdən deportasiya olunanları da əlavə etsək, ümumilikdə 30 000 nəfərə yaxın Azərbaycan vətəndaşının adıçəkilən ölkələrə 5 il və ya daha artıq müddətdə girişinə qadağa qoyulub.

Hər gün onlarla deportasiya olunan şəxs hüquqi yardım üçün "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinə müraciət edir.

Məlumat üçün bir daha bildiririk ki, barələrində ölkədən çıxarılma haqqında qərar qəbul edilmiş şəxslər bu qərarları yalnız həmin ölkələrdə vəkil və ya nümayəndə vasitəsi ilə mübahisələndirə bilərlər.

Elnur
AzNews.az