Təyyarəni qaçırmaq istəyən ukraynalı sərxoş olub - Açıqlama

AzNews.az "Qazeta Ru - ya istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik xidməti "Xarkov - İstambul" aviareysi üzrə uçan təyyarəni qaçırmaq istəyən şəxsin sərxoş vəziyyətdə olmasını təsdiq edib.

"Bu şəxs sərxoş vəziyyətdə olub və pilotların kabinəsinə girməyə cəhd edib. Onu ekipaj sakitləşdirib. Bundan sonra təyyarə uçuş xətti üzrə hərəkət edib və İstanbulda yerə enib. Burada vətəndaş yerli hüquq - mühafizə orqanlarına təhvil verilib", - deyə UTX - dən xəbər verilib.
Habelə qeyd olunub ki, hazırda Ukrayna XİN təyyarəni qaçırmaqda şübhəli bilinən şəxsin həqiqətən Ukrayna vətəndaşı olub - olmamasını dəqiqləşdirməklə məşğuldur.

Xatırladaq ki, içərisində 110 sərnişin olan Türkiyəyə məxsus təyyarənin Ukrayna vətəndaşı tərəfindən qaçırmağa cəhd edilərək 2014 - cü il Olimpiya oyunları keçirilən Soçidə enməyə məcbur edilməsi barədə xəbər verilmişdi.

Azər
AzNews.az