- Köhnə - Hadisə
- 10 Fevral 2014 10:18
- 4 297
73 yaşlı kişi intihar etdi

Şəki rayon Polis Şöbəsindən anspress-ə verilən məlumata görə, Şəki şəhəri, Tolstoy küçəsi ev 47 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Adil Cəlil oğlu Cəlilov özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Onun meyiti səhərə yaxın asılmış halda tapılıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları yaşlı kişinin intihar etdiyini müəyyən edib. Hələlik, intiharın səbəbləri məlum deyil.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
AzNews.az