Xəzər dənizində də zəlzələ qeydə alındı

Xəzər dənizində də zəlzələ baş verib.

AzNews.az Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, yerli vaxtla saat 16:18-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb. Dənizin 62 km dərinliyində qeydə alınan zəlzələnin maqnitudası 3,20 təşkil edib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.

Zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

AzNews.az