Bayram günlərində 15 nəfər yollarda öldü

Müqəddəs Ramazan bayramı günlərində Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən AzNews.az-a verilən məlumata görə, bayram günləri respublikanın avtomobil yollarında 30-a yaxın yol nəqliyyat hadisəsi baş verib.

Nəticədə 15 nəfər ölüb, 46 nəfər isə xəsarət alıb. Qeyd edək ki, yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.


Sevinc

AzNews.az