- Köhnə - Hadisə
- 13 Fevral 2014 11:37
- 4 531
Sabah 10 dərəcə isti olacaq
Səhər və axşam saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında fevralın 14-də havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın bölgələrində fevralın 14-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Əsasən şərq rayonlarında az yağıntı olacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.
Yaxın iki gün ərzində Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
AzNews.az