- Köhnə - Hadisə
- 13 Fevral 2014 14:32
- 4 351
Bakıdakı partlayışa görə qaz olmayacaq

AzNews.az AzərTac-a istinadən xəbər verir ki, qaz təchizatının dayandırılması ərazidə aparılan təmir-bərpa işləri ilə əlaqədardır və gün ərzində işlər yekunlaşdıqdan sonra məhdudiyyətlər aradan qaldırılacaq.
Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisənin dəqiq başvermə səbəblərini araşdırırlar.
Qeyd edək ki, bu gün səhər saatlarında metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığındakı yarımtikili binada partlayış baş vermişdir. Güclü partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.
Partlayış nəticəsində xəsarət alanların olduğu, eləcə də yaxınlıqdakı avtomobillərə, ətrafdakı binalara ziyan dəydiyi bildirilir.
AzNews.az