- Köhnə - Hadisə
- 14 Fevral 2014 19:51
- 5 066
Nişanlılar qəzaya düşdü

ANS PRESS-in məlumatına görə, Şəki-Qax-Göynük yolunda sürücü 1993-cü il təvəllüdlü Abdullayev Allahverdi Xalid oğlu idarə etdiyi 50-CH-858 dövlət nömrə nişanlı VAZ-21015 markalı avtomobildə idaretməni itirərək yoldan çıxıb və çuxura düşüb.
Qəza zamanı sürücü ilə yanaşı, avtomobildə olan 1996-cı il təvəllüdlü nişanlısı Səmədova Arzu Murad qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hal-hazırda Səmədova Arzu Murad qızının vəziyyətinin kafi olduğu bildirilib.
Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır.
AzNews.az