- Köhnə - Hadisə
- 14 Fevral 2014 21:13
- 5 518
Binə qəsəbəsində ev yanıb
Hadisə qəsəbənin Ramiz Məcidov küçəsi ev bir, mənzil bir ünvanında qeydə alınıb. Qəza zamanı 2 otaqlı təqribən 35-40 kvadrat metr ərazi alovlar içində qalıb. Hadisə barədə məlumat daxil olan kimi əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Qısa zamanda alovun qarşısını almaq mümkün olub.
Yanğının qonşuluqda olan digər yaşayış evlərinə keçməsinə imkan verilməyib. Hadisə zamanı yanğınsöndürənlər və ev sakinləri arasında xəsarət alan olmayıb.
İlkin məlumatlara görə isə yanğın mənzilin elektrik naqillərində baş verən nasazlıq səbəbindən meydana gəlib. (Musavat.com)