- Köhnə - Hadisə
- 16 Fevral 2014 09:53
- 4 727
Ordumuz əleyhinə aparılan kampaniyalarla bağlı Rəsmi açıqlama

Nazirliyin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan ordusuna qarşı hər hansı kampaniyadan belə söhbət gedə bilməz: "Ordu hamımızın güvənc yeri, qürur mənbəyidir",- deyə Nazirliyin mətbuat xidmətindən göndərilən məlumatda qeyd olub.
Xatırladaq ki, bir neçə gün öncə bir sıra dünya KİV-lərində "Azərbaycan tanklarını cəbhə xəttinə yığır" kimi yazılar dərc olunmuşdu. Həmin vaxt Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirərək bunları təkzib etmişdi. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu fikirlər həqiqətə uyğun deyil: "Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır",- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanmışdı.
Məsələ o zaman bir sıra yerli ekspertlər tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı yönəldilmiş kampaniya kimi dəyərləndirilmişdi. Lakin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bunları kampaniya kimi yox, qeyri-səhih jurnalistika məhsulu kimi dəyərləndirir.
AzNews.az