“Bakcell”dən nazirliyə şikayət– Şirkətin növbəti fırıldağı üzə çıxdı- FOTO

Bu gün Fuad Ağamalıyev adlı Bakcell abunəçisi əməkdaşlıq etdiyi adıçəkilən şirkət tərəfindən aldadıldığına dair iddia ilə AzNews.az-a müraciət edib.


F. Ağamalıyev şikayətində bildirib ki, 10 ilə yaxındır bakcell nömrəsi işlədir (Şiayətçı müraciətində öz nömrəsini qeyd edib). Artıq neçə müddətdir ki, Bakcell şirkəti tərəfindən hüquqları pozulur və aldadılır:

"Əvvəlcə onu deyim ki, Bakcell şirkəti 9771 nömrəli xidmətlə müqavilə imzalayıb və insanların cibinə girir. Belə ki, şirkət mənim nömrəmi tanımadığım sayta qeydiyyata salıb. Bundan sonra isə balansımdan günə minimum 58 qəpik pul tutulur. Bəzən bu proses gündə iki-üç dəfə təkrarlanır".

Şikayətçi əlavə edib ki, həftə ərzində 10 manata yaxın pul bu sms-lər vasitəsilə balansdan çıxır. O, Bakcell-ə dəfələrlə şikayət etdiyini də qeyd edib:

"Şikayət bildirəndə isə şirkətdən dedilər ki, böyük hərflərlə "stop" yazıb 9771 nömrəsinə göndərin və bundan sonra xidmət deaktiv ediləcək. Bura sms ünvanladıqdan sonra isə 76 qəpik balansdan pul çıxdı. SMS-lərini isə rus dilində latın əlifbası ilə göndəriblər. Özünə hörmət edən şirkət bu vəziyyətdə olmaz".

F. Ağamalıyev qarşılaşdığı problemlə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinə də şikayət etdiyini söyləyib.

AzNews.az
image description