- Köhnə - Hadisə
- 19 Fevral 2014 10:01
- 8 678
“Bu, Zakir Həsənova qarşı təxribatdır“- Rəsmi açıqlama

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumata görə, nazirlik bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildirir ki, müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndirir.
AzNews.az