"Hələlik bu məsələlər gündəmdə deyil" "Hələlik bu məsələlər gündəmdə deyil"

ATV təkzib etdi: “Belə bir qərar yoxdur”

"Hələlik bu məsələlər gündəmdə deyil"




"Telekanalda hansısa verilişin yayımının dayandırılması və ya redaksiyanın ləğv edilməsinə dair belə bir qərar yoxdur".


Bunu AzNews.az-a açıqlamasında "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasının (ATV) "Xəbərlər" verilişinin baş redaktoru Vaqif Aydınoğlu deyib.

O bildirib ki, telekanalın proqram siyasətinə bu ilin payız və qış aylarında yenidən baxılması ilə əlaqədar müəyyən müzakirələr aparılır.

V. Aydınoğlu bildirib ki, hələlik belə bir islahatların aparılması məsələsi gündəmdə deyil.

Xatırladaq ki, bu gün mediada adıçəkilən telekanalda yayımlanan "ATV Olay" və "ATV Aktual" verilişlərinin dayandırılması ilə bağlı məlumatlar yer alıb.

Bahar Rüstəmli
AzNews.az