Özünü yandıran qadınla bağlı Rəsmi məlumat

Paytaxtın Nəsimi rayon sakini üzərinə neft tökərək özünü yandırıb.


AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, fevralın 18-də epilepsiya və şəkər xəstəliyindən əziyyət çəkən Şəfiqə Quliyeva Nəsimi rayonu ərazisində yaşadığı mənzildə üzərinə neft tökərək özünü yandırıb.

Ş.Quliyeva xəstəxanaya yerləşdirilib.

AzNews.az