- Köhnə - Hadisə
- 20 Fevral 2014 10:50
- 6 193
İçərisində 140 min pul olan seyf oğurlandı- Bakıda
Bu barədə AzNews.az-a Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsindən məlumat verilib.
Məlumatda bildirilib ki, hadisə Binəqədi rayonu, Xocahəsən qəsəbəsindəki plastik məmulatlar istehsalı və satışı ilə məşğul olan müəssisədə baş verib.
Fevralın 19-da səhər saatlarında işə gələn müəssisənin işçiləri pul seyfinin oğurlandığını görüblər. Hadisə yerinə gələn polislərə məlumat verilib ki, seyfdə 137 000 manat və 2 270 ABŞ dolları məbləğində pul olub.
Hələlik cinayəti törədənlərin kimliyi və hadisənin təfərrüatı müəyyənləşdirilməyib. Hazırda hüquq-mühafizə orqanları istintaq-əməliyyat tədbirləri həyata keçirir.
Məhəmməd
AzNews.az