- Köhnə - Hadisə
- 20 Fevral 2014 10:56
- 3 258
Zakir Həsənov ATƏT nümayəndəsi ilə görüşdü

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 20-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.
Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı vəziyyət və danışıqların perspektivləri barədə fikir mübadiləsi aparılıb.
AzNews.az