- Köhnə - Hadisə
- 20 Fevral 2014 19:07
- 5 453
Partlayıcı maddələr aşkarlanıb

Şöbənin növbətçi hissəsindən verilən məlumata görə, partlayıcı maddələrin əksəriyyəti əl qumbaraları, tank əleyhinə mərmi və piyada əleyhinə minalardır.
Silah-sursat ərazidə yaranmış yarğanın içərisində aşkar edilib. Tapılan partlayıcılar üzdə olan görüntülər olduğundan güman edilir ki, ərazidə torpağın alt qatlarında daha çox partlayıcı maddə var.
Qeyd edək ki, hadisə yerində ANAMA-nın əməkdaşları və Daxili Qoşunların müfaviq hərbi hissələri araşdırmalara başlayıb. Aşkar edilən partlayıcı maddələrin magistral yola yaxın olduğu nəzərə alınaraq ərazidə təhlükəsizlik tədbirləri görülüb.
AzNews.az