Bakıda lombard sahibi intihar etdi

Bakıda 46 yaşlı kişi özünü çoxmərtəbəli binadan ataraq intihar edib.

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Əsəd Əhmədov küçəsi 22 a ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Elşən Azər oğlu Salayev yaşadığı binanın yeddinci mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.

Qeyd edək ki, E. Salayev Lombard sahibi imiş.

AzNews.az