Tovuz rayonunda dəhşətli yol qəzası baş verib Tovuz rayonunda dəhşətli yol qəzası baş verib

Yük avtomobili ilə minik maşını toqquşdu: iki nəfər yanaraq öldü

Tovuz rayonunda dəhşətli yol qəzası baş verib



AzNews.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Aşağı Ayıblı kəndində "Ford" markalı yük avtomobili ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Toqquşma nəticəsində yanğın baş verib, minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın kəşfiyyatı zamanı "Mercedes" avtomobilində olan sürücünün və sərnişinin meyiti aşkar olunub. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az