Sabah 13 dərəcə isti olacaq

Sabahdan Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, martın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 4-7°, gündüz 8-13° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 3-də hava əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7°, gündüz 12-17° isti olacağı gözlənilir.

AzNews.az