- Köhnə - Hadisə
- 2 Mart 2014 21:26
- 3 578
Şəmkirdə köməkçi tikili yandı

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Şəmkir rayonu, Muxtariyyat kəndində vətəndaşa məxsus istixananın ərazisində yerləşən ümumi sahəsi 25 kv.m olan dəmir konstruksiyalardan ibarət köməkçi tikilinin taxta üzlüyü və içərisində olan əşyalar yanıb. Yaxınlıqdakı istixana yanğından mühafizə olunub.
Yanğın saat 19:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
AzNews.az