- Köhnə - Hadisə
- 4 Mart 2014 11:15
- 3 480
Nazirlikdən xəbərdarlıq: endirimli mal alarkən diqqətli olun

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, belə ki, mağazanın pəncərələrində "Qadın çanta və ayaqqabılarına 30%, 50% endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib. Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş Aynur Süleymanova barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
AzNews.az