Bakıda qoca qadınlar arasında dava – 1-i xəstəxanalıq oldu

70 yaşlı qadın 50 yaşlı qonşusunu döyüb, xəstəxanalıq etdi

Bakıda iki qonşu qadın arasında əlbəyaxa dava olub.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Bakının Binəqədi rayonu 8 mikrorayon Ş.Məmmədova küçəsi mənzil 11 və mənzil 10-un sakinləri - 56 yaşlı Əhmədova Nailə və 70 yaşlı Əliyeva Məlahət aralarında mübahisə yaranıb və sonra isə onlar bir-birlərinə bədən xəsarətləri yetiriblər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, bədən xəsarətinin ağır olduğundan 56 yaşlı qadın Klinik Tibbi Mərkəzə çatdırılıb. Hazırda faktla bağlı Binəqədi rayon 5-ci polis bölməsi araşdırma aparır.

Amid
AzNews.az