- Köhnə - Hadisə
- 5 Mart 2014 16:50
- 4 119
Bakıda metroda faciə: 25 yaşlı oğlan qatarın altında qaldı- (Yenilənib- 2)
AzNews.az xəbər verir ki, hadisə saat 17.00 radələrində qeydə alınıb.
Stansiyada 20-25 yaşlarında oğlan özünü perrona daxil olan qatarın altına atıb.
Hadisə zamanı ağır bədən xəsarəti alan gənc Elmi Tədqiqat Travmatologiya İnstitutuna yerləşdirilib. (17.40)
***
Bakı Şəhər Təcili və Təxirə salınmaq Tibbi Yardım stansiyasından AzNews.az-a verilən məlumata görə, hadisə zamanı intihara cəhd edən 20- 25 yaşlı şəxsin sağ qolu bədənindən ayrılıb.
Onun baş nahiyəsində də ciddi travmaların olduğu müşahidə olunur.
İnstitutdan isə AzNews.az-a bildirilib ki, daxil olan yaralının vəziyyəti ağırdır. Onun üzərində cərrahiyə əməliyyat aparılır.
Amid
AzNews.az