İlbizli “Mc Donald”sla bağlı nazirliyə sorğu göndərildi

"Bununla bağlı Vergilər Nazirliyinə sorğu göndərmişik. Sorğu cavablandırıldıqdan sonra həmin məkanın hüquqi ünvanı, statusu, harada qeydiyyatdan keçdiyini müəyyənləşdirdikdən sonra məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyik"

Bu sözləri AzNews.az-a "Mc Donalds"da aldığı qidadan ilbis çıxan və məsələ ilə bağlı məhkəməyə mraciət edəcəyini bildirən Rolan Məmmədovun vəkili Anar Qasımlı deyib.

Anar Qasımlının sözlərinə görə, Rolan Məmmədovun bu məsələnin sonuna çatmaq istəyi təqdirəlayiqdir: "Çünki adətən biz belə hadisələrə biganə yanaşırıq. Amma bu cür münasibət bizə xidmət göstərən müəssisələrin diqqətsizliyinə gətirib çıxardır. Bu məsələ isə gələcəkdə onları daha məsuliyyətli olmağa məcbur edəcək".

İlqar
AzNews.az