- Köhnə - Hadisə
- 8 Mart 2014 10:59
- 5 562
25 yaşlı qadın intihara cəhd etdi
Mehdiabad qəsəbəsində yaşayan gənc qadın çoxlu miqdarda sirkə turşusu içərək özünə qəsd etmək istəyib.
Yaxınları tərəfindən huşsuz vəziyyətdə tapılan Səadəti xilas etmək üçün təcili tibbi yardıma müraciət olunub. Həkimlərin səyi nəticəsində gənc qadının həyatını xilas etmək mümkün olub.
Hələlik onun intihara cəhd etməsinin səbəbi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.
AzNews.az