- Köhnə - Hadisə
- 17 Mart 2014 12:31
- 3 768
Neft daşlarında bədbəxt hadisə: bir nəfər öldü

Daxili İşlər Nazirliyinin saytında verilən xəbərə görə, martın 15-də saat 15 radələrində "Neft Daşlarında" yerləşən Neft-Qaz Tikinti Trestinin estakadasında nasaz konstruksiyaların sökülməsi ilə məşğul olan dörd nəfər estakadanın uçması nəticəsində dənizə düşüb.
Onların Mənsim İmanov, Mais Süleymanov, Səfədur Zəkəryayev və Musa Hacıyev olduğu açıqlanıb. M.Hacıyev boğulub, digərləri xilas ediliblər.
AzNews.az