- Köhnə - Hadisə
- 18 Mart 2014 08:08
- 3 600
Samuxda avtoqəza: yaralanan var

AzNews.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, nəticədə avtomobil yolun kənarındakı daş hasara çırpılaraq 3 metr hasarı uçurub. Qəza nəticəsində avtomobildə sərnişin qismində olan 24 yaşlı İsax Əliyev və 34 yaşlı Azər Həsənov aldıqları ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının şöbələrinə yerləşdiriliblər.
Avtomobilin sürücü isə hadisə yerindən qaçıb.
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır. Qəzaya ilkin səbəb kimi sərnişinlər kimi elə sürücünündə sərxoş vəziyyətdə sükan arxasına əyləşməsi göstərilir.
AzNews.az