- Köhnə - Hadisə
- 18 Mart 2014 11:38
- 2 561
Bakıda axtarışda olan 3 nəfər tutuldu

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Səxavət Hüseynov tutulub.
Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Akif Əhmədov tutulub.
Bundan əlavə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Ziya Təhməzov tutulub. O, Xətai rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
AzNews.az