Metro ticarətçiləri Korrupsiya idarəsinə müraciət etdilər – Aksiya (Fotolar)


"Bakı Metropoliteni" QSC-nin "Neftçilər" stansiyasında fəaliyyət göstərən ticarət köşklərinin sahibləri bir müddət əvvəl yer almaq üçün ödədikləri pulu geri ala bilməyib.

AzNews.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, stansiya ərazisində aksiya keçirən iş adamlarına köşk yeri almaq üçün qurum rəhbərliyinə ödədikləri 1200 manatın 200-nü qaytarmaq təklifi edilib. Bəziləri 200 manatı alsalar da, əksəriyyət bununla razılaşmayıb.
Narazı sahibkarlar şikayət etmək üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə yollanıb.

İlqar Vəliyev
AzNews.az
image description image description image description image description image description