Nəqliyyat müfəttişləri qəzaya səbəb oldu- VİDEO

Gecə saatlarında Heydər Əliyev prospektində taksi fəaliyyəti göstərən "Daewoo" markalı avtomobillə "Toyota" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, qəzanın səbəbləri nə sürət, nə də qayda pozuntusudur.

Taksi sürücüsü Vahid Talıbovun sözlərinə görə, yolla gedərkən müştərilər taksini saxladaraq avtomobilə əyləşiblər. Onların istədiyi ünvana yollanan zaman isə məlum olub ki, əslində müştərilər mənzil başına çatmaq istəyən piyadaralar yox nəqliyyat müfəttişləridir. Və taksi sürücüsünü cərimə etmək üçün sərnişin geyimində avtomobilə əyləşiblər. Nəqliyyat müffətişlərinin sürücüdən vəsiqəsini tələb etməsi isə avtomobilədə tərəflərin mübahisəsinə səbəb olub. Nəticədə də qəza baş verib.

Qəzanın baş verdiyini görən müfəttişlər hadisə ünvanından uzaqlaşmağa çalışdıqları vaxt isə qəzanın baş verdiyini görüb əraziyə toplaşan şahidlər onlara mane olub.

Vahid Talıbovun sözlərinə görə, müfəttişlərin qaçmasının qarşısını almaq istədikdə onlara məxsus 10 pl 784 dövlət nömrə nişanlı avtomobilin qarşısına keçib. Ancaq nəqliyyatın işçiləri buna da məhəl qoymayaraq Vahid Talıbovun ayaqları üzərindən keçərək hadisə yerindən uzaqlaşıblar. Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mövqeyini öyrənməyə bilməzdik. Əlaqə saxladığımız qurumun ictimayətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov bildirdi ki, nəqliyyat müfəttişlərinə aid olduğu bildirilən avtomobilin dövlət nömrə nişanı əsasında araşdırma aparılacaq və əgər müfəttişlərin əməlində cinayət faktı olduğu təsdiq olunarsa həmin əmkdaşlar işdən dərhal azad olunaraq cəzalandırılacaqlar.(anspress)