- Köhnə - Hadisə
- 30 Mart 2014 11:58
- 5 657
Bəhramtəpə-Biləsuvar yolu yenidən qurulacaq

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin məlumatına görə, Bəhramtəpə-Biləsuvar avtomobil yolu Hacıqabul Bəhramtəpə avtomobil yolunun 115 kilometrindən başlayır və Biləsuvar şəhərində başa çatır. Bu yol Mingəçevir-Bəhramtəpə avtomobil yolunun davamı olaraq respublikanın cənub-qərb və şimal bölgələrini əlaqələndirən əsas yoldu.
Ümumi uzunluğu 62 kilometr olan üçüncü texniki dərəcəli avtomobil yolunun yenidən qurulmasına dair layihənin xarici investisiyalar hesabına həyata keçirilməsi nəzərdə tutulur. Hazırda müvafiq sənədləşdirmə işləri və digər texniki prosedurlar aparılır.
AzNews.az