- Köhnə - Hadisə
- 5 Aprel 2014 11:11
- 1 875
Bakıda avtomobil piyadanı vurdu
![](https://www.aznews.az/storage/photos/qezapiyada12df.jpg)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 4-də Binəqədi rayonu Xırdalan dairəsində Ağdaş rayon sakini Rəşad Səfərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Cəlilabad rayon sakini Əfqan Əzimovu vurub. Piyadaçı Ə.Əzimov xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
AzNews.az