- Köhnə - Hadisə
- 10 Aprel 2014 11:03
- 2 667
Temperatur 25 dərəcəyə kimi yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 4-8, gündüz 15-20 dərəcə isti olacaq. Aprelin 11-də Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağıətəyi rayonlarda şimşək çaxması ehtimalı var. Qısa müddətli yağış yağacaq. Havanın temperaturunun Aran rayonlarında gecə 6-11, gündüz 20-25, dağlarda gecə 1-6, gündüz 9-14 isti olacağı gözlənilir.
AzNews.az