- Köhnə - Hadisə
- 11 Aprel 2014 11:41
- 2 992
Sabah 14-19 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gecə və səhər bir qədər güclənəcək. Günün ikinci yarısında külək mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 5-8, gündüz 14-19 dərəcə isti olacaq.
Aprelin 12-də Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək caxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturunun Aran rayonlarında gecə 6-11, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 10-15 isti olacağı gözlənilir.
AzNews.az