Bakıda daha bir yol bağlandı

Bakıda daha bir yol bağlandı.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, paytaxtın Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası"nın binasına qədər olan hissəsində hər iki istiqamət üzrə asfalt örtüyünün yenilənməsi ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Sürücülərə alternativ olaraq Mətbuat prospektindən istifadə etmələri tövsiyə olunur.

AzNews.az