Ölüm sayının çox olmasına səbəb sərnişinlərin pəncərədən atılaraq qatarın altına atılması olub "Hadisə zamanı tramplin açıq idi, qatar da, avtobus da hərəkətini saxlaya bilmədi və avtobusla toqquşdu" Ölüm sayının çox olmasına səbəb sərnişinlərin pəncərədən atılaraq qatarın altına atılması olub "Hadisə zamanı tramplin açıq idi, qatar da, avtobus da hərəkətini saxlaya bilmədi və avtobusla toqquşdu"

Faciə zamanı dəmiryol tramplini açıq olub – Şahidlərin dedikləri

Ölüm sayının çox olmasına səbəb sərnişinlərin pəncərədən atılaraq qatarın altına atılması olub "Hadisə zamanı tramplin açıq idi, qatar da, avtobus da hərəkətini saxlaya bilmədi və avtobusla toqquşdu"



Bu gün səhər saatlarında Lökbatandan Bakı istiqamətinə hərəkət edən avtobus dəhşətli qəza törədib. AzNews.az-ın əldə etdiyi son məlumata görə, qəza nəticəsində 10 nəfər ölüb, 40-dan çox yaralı var.

Qeyd edək ki, yaralıların çox hissəsi Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.
Qəza zamanı avtobusda olan və yaralanan şəxslərdən birinin sözlərinə görə, qəza dəmir yolu ilə avtomobil yolunun kəsişməsindəki nəzarət şlaqbaumu açıq olduğundan avtobus sürücüsünün yola davam etməsi səbəbi ilə baş verib.

Eyni zamanda, avtobusda həddindən artıq basabas olub: "Avtobusda 60-dan çox adam var idi, basabasdan tərpənməyə yer yox idi. Qəza Lökbatanda keçidə çatanda baş verdi. Tramplin açıq idi, qatar da, avtobus da hərəkətini saxlaya bilmədi və avtobusla toqquşdu.

Toqquşma zamanı əsasən avtobusun orta və arxa tərəfində yer alanlara ziyana dəyib. Özünü pəncərədən çölə atmaq istəyənlər isə qatarın altına düşdülər". Yaralıların yaxınlarının verdiyi məlumata əsasən, hazırda xəstəxənanın həyətində həddindən çox xəstə yaxını var, ancaq heç biri xəstəxanaya buraxılmır.

Sevinc
AzNews.az
image description image description image description image description image description image description image description