Azərbaycanda 45 nəfər saxlanıldı


Ötən gün ərzində Azərbaycanda ümumilikdə 76 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, aparılan zəruri tədbirlər nəticəsində bunlardan 48 fakt isti izlərlə açılıb.

Cinayət törətdiklərinə görə, 45 nəfər tutulub. Silah, döyüş sürsatı və partlayıcı maddələrlə bağlı 6, narkotik və güclü təsiredici maddələrlə əlaqədar isə 21 fakt qeydə alınıb.

Amid
AzNews.az