Arif Yunus xəstəxanaya yerləşdirildi

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun əri, politoloq Arif Yunus infarktdan öncəki vəziyyət diaqnozu ilə təcili şəkildə xəstəxanaya yerləşdirilib.

Leyla Yunus hesab edir ki, ermənilərin xeyrinə casusluq etməkdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbsindən sonra ona və ərinə qarşı təzyiqlər xeyli artıb.

Virtualaz.org saytının xəbər verdiyi kimi, bundan əvvəl yerli mətbuatda dəfələrlə belə məlumatlar yayılıb ki, Rauf Mirqədirovun taleyi Leyla və Arif Yunusları da gözləyə bilər. Çünki ər-arvad Yunuslar da "xalq diplomatiyası" çərçivəsində Ermənistana dəfələrlə səfər edib və orada görüşlər keçiriblər.

Yada salaq ki, L.Yunus R.Mirqədirovun həbsindən sonra "onu Ermənistana mən göndərmişəm" deyə bildirmişdi.

AzNews.az