NİDA-çılara hökm oxunacaq- bu gün

NİDA Vətəndaş Hərəkatı üzvlərinin məhkəməsi bitmək üzrədir. ​

Ötən ilin mart-aprel aylarında tutulan NİDA-çıları Baş Prokurorluq, əsasən, kütləvi iğtişaş təşkili cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı "Molotov kokteyli"ndən istifadəyə hazırlaşırmışlar.

Aprelin 17-də dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.

Bu gün – mayın 1-də NİDA üzvlərinin məhkəmədə son söz deyəcəyi gözlənir.

AzadliqRadiosu