Azərbaycanda zavodda güclü yanğın – Yenilənib

Azərbaycanda hərbi-texnoloji zavodda yanğın başlayıb. AzNews.az-ın hadisə yerdə olan əməkdaşının verdiyi məlumata görə, bu dəqiqələrdə Gəncədə yerləşən "Büllur" hərbi təyinatlı müəssisənin binası yanır. Yanğın müəssisənin əsas binasının 3,4,5-ci mərtəbələrini əhatə edir. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlməyə başlayıb.

Hadisə ilə bağlı əlavə məlumat verəcəyik.(10.05)

***

İndicə aldığımız məlumata görə, Gəncədə yanğın "Büllur" hərbi-texnoloji müəssisəyə bitişik Qənnadı zavodunda baş verib. AzNews.az-a Gəncə Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, yanğın zamanı zavodun rəhbərinin də daxil olmaqla 4 otağı yanıb.

Yanğın saat 09.30 radələrində başlayıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Yanğınsöndürənlər alovun hərbi zavoda keçməsinin qarşısını alıb.

Zaur
AzNews.az