- Köhnə - Hadisə
- 2 May 2014 20:29
- 4 162
FHN-nin əməkdaşı Kürdə batdı

Kür çayının üzərindəki Su Elektrik Stansiyasında mövcud sızmanı aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər görmək istəyən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı ehtiyatsızlıqdan çayda batıb.
Axtarış tədbirləri bu gün saat 19-da onun cəsədinin suda tapılmasıyla yekunlaşıb. Cəsədi sudan çıxarılaraq məhkəmə tibbi ekspertiza və anatomiya birliyinin Şəmkir rayon şöbəsinə verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /Kəpəz TV/