- Köhnə - Hadisə
- 5 May 2014 07:21
- 3 907
“Azəryolservis” dəki avtoş işdən çıxarıldı
![](https://www.aznews.az/storage/photos/asvt sid mednf.jpg)
Lakin Elton Məmmədov bildirmişdi ki, oğlunun bu məsələyə aidiyyatı yoxdur. Onun sözlərinə görə, videokadrlarda əks olunan və Aynar Məmmədova məxsus olduğu bildirilən 10 LZ 100 dövlət nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi də başqa şəxsdir.
Mətbuatın apardığı araşdırma nəticəsində həmin avtomobilin Zaur Mətləb oğlu Bağırov adlı şəxsin adına olduğu üzə çıxmışdı. O da məlum olmuşdu ki, Zaur Bağırov "Azəryolservis"də işləyir. Və Bağırovlar Məmmədovlarla ailəvi dostdur.
"Azadlıq"a daxil olan məlumata görə, Cavid Qurbanov bu məsələdə rəhbərlik etdiyi qurumun adının hallanmasından narahat olub. Ona görə də Zaur Bağırovun işdən çıxarılması barədə əmr imzalayıb.
AzNews.az