Sürücülərin nəzərinə: yol bağlanacaq

Bakının Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması məqsədilə bu gün saat 22:00-dan etibarən Səməd Vurğun küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. P.Mürsəliyev qeyd edib ki, sürücülərə alternativ olaraq Rəşid Behbudov küçəsi, Bülbül və Azadlıq prospektlərindən istifadə etmələri tövsiyə olunur.

AzNews.az