Bakıda iki qardaş 14 yaşlı qızı zorladı

Bakıda 14 yaşlı qızı zorlayıblar. Lent.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsindən vesti.az-a bildirilib ki, rayon sakini, 14 yaşlı Məlahət T. (ad şərtidir) 5-ci polis bölməsinə müraciət edərək, Fuad adlı şəxsin və onun qardaşının Azadlıq prospektin 20/180 saylı ünvandakı 16 mərtəbəli binanın damında onu zorlaması barədə məlumat verib.

Qızın dediyinə görə, repititor yanına gedərkən Fuad onun qarşısını kəsib. Lakin qız binanın damına necə çıxarılması barədə ətraflı qeyd etməyib.

Hazırda müraciət əsasında istintaq-əməliyyat tədbirləri aparılır. Cinayətdə şübhəli bilinənlərin şəxsiyyəti artıq müəyyənləşsə də, hələlik tutulmayıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az