- Köhnə - Hadisə
- 15 May 2014 16:14
- 5 376
Azərbaycanda məhkəmə sədri və iki hakim işdən çıxarıldı
![](https://www.aznews.az/storage/photos/mehkemeeedmememd.bmp)
İclasda dövlət başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, etik davranış qaydalarına dönmədən riayət olunması, korrupsiyaya qarşı qəti mübarizə tədbirlərinin görülməsi ilə bağlı tapşırıqları vurğulanıb, hakimlər barədə intizam icraatlarına baxılıb.
Bundan əlavə, iclasda qeyd olunub ki, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının daha da genişləndirilməsi, hakimlərin müstəqilliyinin təmin olunmasının gücləndirilməsi, o cümlədən onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması mexanizmlərinin müəyyən edilməsi məqsədilə Şura tərəfindən beynəlxalq təcrübə nəzərə alınmaqla əhatəli təhlillər aparılıb, müvafiq qanun layihəsi hazırlanıb. İclasda layihənin mütərəqqi xarakteri vurğulanaraq, nəzərdə tutulan tədbirlərin məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasına xidmət etdiyi bildirilib.
AzNews.az