Neft şirkətinin işçisini ilan sancdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) işçisini ilan sancıb.

AzNews.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl saat 10:00 radələrində Bakı şəhəri, Nobel prospekti, 64 ünvanında yerləşən ARDNŞ-nin "Azərneftyağ`" Neft Emalı Zavodunda baş verib.

İlan sancması nəticəsində qurumun 25 yaşlı işçisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Amid
AzNews.az