- Köhnə - Hadisə
- 30 May 2014 08:16
- 2 893
Sürücülərin nəzərinə: Hərəkət məhdudlaşdırılacaq
Onun sözlərinə görə, mayın 30-da, saat 11:00-dan etibarən Bakı Dairəvi avtomobil yolunun sıfırıncı nöqtəsindən (Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından) Badamdardakı maşın bazarının yaxınlığındakı yol ötürücüsünədək olan hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından Badamdardakı maşın bazarının yaxınlığındakı yol ötürücüsünədək istiqamətdə hərəkət tam məhdudlaşdırılacaq. İşlər bitdikdən sonra əks istiqamətdə yolun xətlənməsinə başlanacaq və yolun "Maşın bazarı"nın yaxınlığındakı yol ötürücüsündən Bakı Beynəlxalq Avtovağzalınadək aparan hissəsində hərəkət tam məhdudlaşdırılacaq.
P.Mürsəliyev əlavə edib ki, bu gün axşam saat 22:00-dan etibarən isə Yusif Səfərov küçəsində (Afiyəddin Cəlilov küçəsi ilə kəsişmədən Babək prospekti ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə etmələri tövsiyə olunur.
AzNews.az