Avtomobilindən narkotik vasitə və silah-sursat tapıldı

Sumqayıt şəhər sakininin idarə etdiyi avtomobilə baxış zamanı narkotik vasitə və silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Tural Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobilə baxış keçirilib.

Baxış zamanı avtomobildən 10,48 qram həşiş, 1 ədəd qumbara, 1 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-istintaq tədbiləri davam etdirilib.

AzNews.az