Bakıda yataqxanada yanğın baş verib. Bakıda yataqxanada yanğın baş verib.

Bakıda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb

Bakıda yataqxanada yanğın baş verib.



APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, 31/23-cü məhəllə, ləğv edilən "Bakı Elektroterm" zavodunun yataqxanasında qeydə alınıb.

Ağdam rayonundan olan məcburi köçkün Sərxan Məmmədova məxsus, ümumi sahəsi 56 kvadrat metr olan mənzildə baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Bununla belə, ev yararsız hala düşüb.

Hadisə zamanı evdə tək olan S. Məmmədov yanıq xəsarətləri alıb.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

AzNews.az
image description image description image description image description image description